Neft və qaz

Rapid Supply Solution və bizim tərəfdaşlarımız neft və qaz sənaye sahələrində mürəkkəb məsələlərin həllinə yardım edir. Şirkətimiz ən yüksək sənaye standartlarına və sertifikasiyasına uyğun olaraq  məhsulların layihələndirilməsi, istehsalı və sınaq işlərini həyata keçirən dünyanın ən qabaqcıl şirkətləri ilə əməkdaşlıq etməkdədir. Neft və Qaz sənaye sahəsi hər zaman işə professional yanaşma və yüksək keyfiyyətli hissələrin istifadəsini tələb etmişdir, əks təqdirdə baş verə biləcək nasazlıq layihənin uğursuzluğu ilə nəticələnə bilər. Bu səbəblərdən də layihənin icrasının mükəmməl yerinə yetirilməsi əlverişli təklif, mütərəqqi mühəndislik vərdişləri və xidmətləri bu gün həmişəkindən daha mühüm əhəmiyyət kəsb edir.

Neft və qaz sahəsindəki tərəfdaşlarımız

Tullantılardan təhlükəsiz şəkildə istifadə edilməsinə yardım etmək məqsədi ilə vahid konsepsiya əsasında yaradılmış və 30 il ərzində dağılmalara nəzarət və lokallaşdırılma üzrə beynəlxalq mütəxəssisə çevrilmişdir. Qərbi Lotiandaki Livinqstonda yerləşən Empteezy şirkəti dağılmaların ləğvi üçün, o cümlədən neft və kimyəvi maddələrin saxlanması, dağılmaların ləğvi və fövqəladə qəza duşları da daxil olmaqla, qanunvericiliyin müvafiq tələblərinə cavab verən həll yollarının tapılması məqsədilə kompleks xidmətlər göstərir.

Şirkət haqqında

30 ildən artıqdır ki, Gates şirkəti təhlükəsiz, etibarlı və səmərəli sistemlər yaradaraq Neft və Qaz sənaye sahəsinin ən böyük problemlərini həll etməkdədir.

  • Ən yüksək sənaye standartlarına uyğun şəkildə, o cümlədən API 7K və 16C spesifikasiyaları da daxil olmaqla, hazırlanmış və sınaqdan keçirilmiş məhsullar.
  • Sertifikatlaşdırılmış Black Gold® şlanq yığımları mühüm əhəmiyyət kəsb edən nasos və nəzarət sistemlərinin müntəzəm və fasiləsiz işləmə müddətini artırır.
  • Həm enerjinin, həm də aşağı təzyiq xortumlarından yüksək təzyiq xortumlarına enerjinin ötürülməsi, həmçinin enerjinin xüsusi ötürülməsinin həlli üçün hidravlik sistemlərin tam spektri.
Şirkət haqqında

LAPP Neft və Qaz sənaye sahəsinin ən çətin şəraitində belə etibarlı iş və enerji ötürülməsini təmin edən effektiv kabellər təklif edir.

LAPP şirkətinin geniş çeşiddə istehsal etdiyi məftillər, kabellər, kabel aksessuarları, sənaye birləşdiriciləri, gərginliyi aradan qaldıran kabel xətləri dərin quyularda neft kəşfiyyatı və qazma işləri aparılarkən  ciddi problemlərlə qarşılaşdıqda belə, gözləniləndən daha üstün effekt verməyə hesablanmışdır.

Şirkət haqqında

Sizə zəng edək

Mütəxəssislərimiz təkliflərimiz və məsələlərin həll yolları ilə bağlı sizə ətraflı şəkildə məlumat verəcəklər.
İstəyiniz uğurla qeydə alındı

Digər partnyorlarımız

Sınanmış fəaliyyətə malik və yüksək ixtisaslı mütəxəssisləri olan aparıcı şirkətlərlə sıx əməkdaşlıq əlaqələri qurmuşdur.