Alternativ Enerji
Hal-hazırda mədən yanacaq ehtiyatlarının tükənmək üzrə olduğu göz önündədir və gələcəyin yeni, təmiz enerji mənbələri hesabına təmin olunması ehtiyacı hər kəsə məlum olan bir faktdır. Nəticə etibarilə, külək enerjisi və günəş enerjisi sistemləri əhəmiyyətli bir bazar sisteminə çevrilir.
Alternativ Enerji sahəsindəki tərəfdaşlarımız
KÜLƏK ENERJİSİ
Müştərilərimiz öz külək turbinləri üçün seçdikləri turbin kabel növlərindən aslı olmayaraq hər zaman işləmə funksiyası, etibarlılıq, istifadə müddəti baxımından, ən yüksək standartlara cavab verən cihazlarla işlədiklərindən tam əmin ola bilərlər.
Lapp şirkətinin standartlar diapazonunda olan bir çox məhsulları artıq külək enerji sahəsindəki dəyərlərini sübut etdi. Məsələn, 10 ildən artıqdır ki, ÖLFLEX® CLASSIC 110 damcı halqasında mütəmadi olaraq istifadə olunur. LAPP şirkətinin öz məhsullarına tələbkar yanaşmasının nəticəsi olaraq, bu məhsullar damcı halqası prosesində bu günə qədər həddən artıq çox tələblərə cavab vermiş və hələ də öz funksiyasını həyata keçirməkdədir.
GÜNƏŞ ENERJİSİ
LAPP şirkətinin bu bazar sahəsinin potensialını erkən kəşf etməsi və bu bazarda ən yaxşı olmaq üçün bəzi xüsusiyyətləri inkişaf etdirməsi şirkətimizin yenilənməyə olan səylərinin ayrılmaz tərkib hissəsidir. İstər xüsusi ehtiyacların qarşılanması üçün xüsusi məhsulların inkişaf etdirilməsi, istər fotoelektrik sistemlər üçün kabelləşdirmə məsələlərinin həlləri və ya müəssisələrin fəaliyyətini tətbiq edərkən və ya planlaşdırarkən biz öz müştərilərimizə damdan başlamış zirzəmiyə qədər lazım olan bütün fotoelektrik kabelləşdirmə üçün xüsusi qəbul edilmiş məhsul çeşidləri təklif edirik.
LAPP şirkəti ən yüksək keyfiyyət standartlarına uyğun olduğu zəmanətini vermək məqsədilə ÖLFLEX® günəş kabellərində, SKINTOP® kabel birləşdiriciləri və EPIC® günəş konnektorlarımız üzərində müxtəlif testlər aparmaq üçün istifadəçilərlə, TÜV (Alman Texniki Təftiş Birliyi) və UL sertifikatlaşdırılmış şirkətləri ilə əməkdaşlıq edir. Bizim məhsullarımız RoHS uyumludur, dünya miqyasında istifadə edilə bilər və mütəmadi olaraq inkişaf etdirilməkdədir.