Şirkət haqqında

Empteezy®, dağılmaların lokallaşdırılması və dağılmalara nəzarət üzrə keyfiyyətli məhsulların mərkəzidir. Şirkətin əsas məqsədi qanunvericiliyə riayət etməyinizə yardım, tələblərinizə uyğun olaraq neft və kimyəvi maddə ehtiyatlarının mühafizə edilməsi, dağılmaya reaksiya proqramları (dağılma dəstləri, fövqəladə qəza duşları, duş rezervuarları və tullantıların emal edilməsi layihələri də daxil olmaqla) ilə əlaqəli mütərəqqi təcrübəni tətbiq etməyinizə yardım etməkdir.

Empteezy məhsulları müxtəlif işçi mühitlərin, o cümlədən  sənaye, ticarət, hərbi, dəniz və təhsil sahələrinin  işçi mühitlərinin tələblərinə cavab verəcək şəkildə işlənib hazırlanmışdır. Empteezy şirkəti öz zavodlarında mümkün olan məhsulların 70%-dən çoxunu istehsal edir, bu da onlara bir çox mayelərin dağılmasının qarşısının alınması və nəzarətinə dair Böyük Britaniya, AB və beynəlxalq  standartlarına cavab verə bilən mütəxəssis məsləhəti verməyə imkan yaradır. Empteezy üçün müştəri tələblərininin təmin edilməsi birinci dərəcəli əhəmiyyət kəsb edir, bu səbəbdən də onlar tam spektr xidmətlər göstərmək və uzunmüddətli əlaqələr qurmaqda maraqlıdırlar.

Empteezy hər zaman qarşınıza çıxan problemləri vaxtında və peşəkar şəkildə həll etmək üçün hər zaman sizinlə birlikdə fəaliyyət göstərəcəkdir. ISO 9001, ISO 14001 və OHSAS 18001 standartları ilə akkreditə olunmuş şirkət olaraq Empteezy bu illər ərzində topladığı böyük təcrübədən istifadə edərək  telefonla, elektron poçtla, sənaye mövzulu müntəzəm bloglarda və ya veb əsaslı məsləhət mərkəzlərində praktik məsləhətlər vermək imkanına malikdir. Onlar həm də sonradan müfəssəl hesabatlar verməklə pulsuz məxfi sayt dəyərləndirməsini də təqdim edirlər.

Dağılmaların lokallaşdırılması üçün məhsullar

 

Dağılan mayelər üçün baraban altlıqlar

 

Dağılmalar üçün döşəmə

 

Baraban yataqlar

 

Saxlama şkafı

 

Paketlənmiş Anbar Məhsulları

 

Daxili anbar

 

Xarici anbar

 

Temperatura Nəzarət Qutusu

 

Baraban qızdırıcısı

 

Bizim təklif və həll metodlarımız haqqında daha çox bilmək istərdinizmi?
İstəyiniz uğurla qeydə alındı