İnşaat
Keyfiyyətə detallı şəkildə diqqət ayıran Rapid Supply Solution şirkəti hər layihədə gözlənəndən daha çoxunu əldə etmək üçün ümumi tikinti, layihə rəhbərliyi, dəyərləndirmə və digər peşəkar bacarıqları təmin edir. Ən vacibi isə odur ki, biz bütün xidmət sektorlarımızda bunu həyata keçiririk. Bizim inşaat sahəsindəki stabil metodlarımız Rapid Supply Solution şirkəti ilə işləməyi asanlaşdırır və ticarət tikinti şirkətlərinə rahatlıqla etibar etməyin əsasını qoyur.

İnşaat sahəsindəki tərəfdaşlarımız

Ukrabraziv şirkəti abraziv disklər istehsal edən sənaye müəssisələri arasında Ukrayna bazarının liderlərindən biridir.
Bu markanın “Sprut-A” və “Titan Abbrasive” abraziv metal diskləri əməliyyat zamanı uzunmüddətli istifadə xüsusiyyətləri ilə xarakterizə olunur, güclü kəsmə qabiliyyətinə malikdir, yüksək məhsuldarlıq, cilalama əmsalı və işləmə etibarlılığı kimi bir sıra xüsusiyyətlərinin mövcudluğu bu şirkətə bazarda aparıcı mövqe tutmağa imkan yaradır.


Santexmaster Qrup son nəsil sızmadan müdafiə materialları istehsal edir. Bu məhsullar Moskva şəhərindən başlamış Soçi Olimpiyadalarına qədər olan tikinti sahəsində geniş istifadə olunmaqdadır.
- SPRINT kipləşdirmə ipləri
- Anaerobik gellər
- Aquaflex Nano kətan kipləşdirmə pastası
Santexmaster Qrup 15 ildən artıqdır ki, ustaların səmərəli şəkildə işləməsinə, yüksək nailiyyətlər əldə etməsinə, ev mühəndisliyində və mürəkkəb sistemlərdə xarici hermetikləşdirmənin optimallaşdırılmasına kömək etmişdir.


İnşaat maşınqayırma mühəndisliyi üçün kabel həlləri LAPP şirkətinin bünövrəsi hesab olunur. Bu sektor ölkədəki ən böyük işçi qüvvəsini işlə təmin edir, ixracatda aparıcı mövqe və “Made in Germany” etiketinin dünya miqyasında sahib olduğu möhtəşəm şöhrətin məsuliyyətini daşıyır. Kabel texnologiyası sahəsində yüksək performans, səmərəlilik, etibarlılıq, yenilikçi həll metodları kimi xüsusiyyətləri olan ən məhşur partnyorlardan biri kimi LAPP bu uğurun qorunub saxlanılmasında özünəməxsus rol oynayır.
