Şirkət haqqında

LAPP: Bu ad başqa heç bir şeyə bənzəməyən yenilikçi bağlantı həll metodları deməkdir. Bu marka keyfiyyət, müştəri xidməti və məhsullarının istifadə olunduğu  sahələr və tətbiqetmələri özündə əks etdirir. LAPP  kabel, konnektorlar və aksessuarlardan tutmuş tam inteqrasiya olunmuş əlaqə həllərinə qədər, hər şeyi  təmin edən dünya bazarında ən qabaqcıl şirkətdir. LAPP məhsulları istehsalat maşınları, sənaye robotları, ictimai nəqliyyat, qida emalı, alternativ enerji, elektrik nəqliyyat vasitələri üçün doldurma sistemləri, neft quyuları qazma platformaları və daha çox sahələrdə istifadə olunur. Bunlar alpinistlərin və qütb tədqiqatçılarının üstünlük verdiyi məhsullardandır. 4650 nəfərlik qlobal işçisi olan LAPP şirkətinin son bir ildə dövriyyəsi 1222 milyon avro təşkil etmişdir.

Şirkətimizin müştəriləri bizim xidmətimizi və mütəxəssislərimizi yüksək qiymətləndirirlər. Kataloqumuzdakı 40000 məhsul şirkətimizin istehsal gücünü özündə əks etdirir. Biz hər zaman ən yaxşı həll metodlarını təklif edirik. Əgər müştəri axtardığını kataloqumuzda tapmaqda çətinlik çəkirsə, bizim mütəxəssislərimiz müəyyən həll yolları tapmaq üçün həmişə hazırdırlar.

LAPP şirkəti dünyanın hər bir nöqtəsinə çatdırılma edir və bir çox məhsullar  sürətli şəkildə təslim edilmək üçün hər zaman rəfdə hazır vəziyyətdədir. Sürətli çatdırılmanın təminatı kimi biz dünyanın hər yerində şirkətimizin inkişaf mərkəzləri, istehsal müəssisələri və anbarlarının olduğunu göstərə bilərik. LAPP müştərilərini 51 satış mərkəzi və 100 beynəlxalq partnyorları vasitəsilə hər zaman layiqli xidmətlə təmin etməyə hazırdır.

LAPP şirkəti 1959-cu ildə Oskar və Ursula Ida Lapp-ın  bu şirkəti yaratdıqları dövrdə olduğu kimi hal-hazırda da gələcək üçün yaxşı perspektivlərə malikdir. Oskar Lapp 1957-ci ildə ilk dəfə sənayedə qorunan ticarət nişanı ÖLFLEX®  nəzarət kabelini yaratdı. Şirkət öz mövcudluğu dövründə həmişə ailə mülkiyyətində olmuşdur. Oskar Lappdan sonra ailənin 3-cü nəsli Matthias Lapp şirkətin məsulliyyətini öz üzərinə götürmüşdür.

Məhsullar

 

Ölflex® Güc və Nəzarət kabelləri

ÖLFLEX® makina, dəzgah, sistem və cihaz mühəndisliyi, ölçü, nəzarət, istilik və kondisioner texnologiyalarında istifadə olunur. LAPP-ın elastik və yağa davamlı kabelləri ən yüksək tələbləri ödəyir və ən ağır şərtlərdə belə dözümlü olur.

Unitronic® Məlumat Kommunikasiya Sistemləri

LAPP böyük həcmli məlumatların sürətli və etibarlı şəkildə ötürülməsi üçün bir sıra məlumat kabelləri istehsal edir. Yüksək keyfiyyətli UNITRONIC və qoruyucu şinlər sənaye avadanlığı və maşınqayırmada bütün tətbiqlər üçün perspektiv həllər təmin edir. Sadə nəzarət siqnallarının ötürülməsindən tutmuş mürəkkəb şəbəkə strukturlarındakı qoruyucu şin siqnallarına qədər demək olar ki, hər vəziyyət üçün etibarlı bir kabelləmə və bağlantı həlli təqdim edirik.

Etherline® Məlumat Kommunikasiya Sistemləri

LAPP Group hal-hazırda sənaye şəbəkəsində tam ətraflı sistem həlləri təqdim edə bilmək qabiliyyətindədir. LAPP-ın ETHERLINE markalı məhsulları Ethernet tətbiqetmələrinin gələcəyinə təhlükəsiz, sürətli və etibarlı bir yol açır, məs: PROFINET. Sistemlər passiv və aktiv şəbəkə texnologiyası üçün davamlı və möhkəm kabellərdən və əlaqə komponentlərindən ibarətdir, həmçinin istənilən tətbiqetmə üçün, xüsusilə də sənaye mühitində səmərəli həll yolu təqdim edir.

Hitronic® Optik Ötürmə Sistemləri

HITRONIC® fiber optic kabellər böyük həcmli məlumat ötürmək üçün nəzərdə tutulmuşdur. LAPP-ın HITRONIC fiber optik kabelləri böyük həcmli məlumat ötürülməsini asanlaşdırır: qüsursuz, səhvsiz və demək olar ki, işıq sürətilə. Hətta elektromaqnit şüalanma belə ötürülməyə mane olmur. HITRONIC seriyası daxili və xarici istifadə üçün, çətin vəziyyətlər üçün və hətta elektrik kabellərində istifadə üçün ideal həll yolları müəyyən edir.

Epic® Sənaye Konnektorları

Təhlükəsiz bağlantılardan bəhs etdiyimiz zaman siz bizə tam güvənə bilərsiniz. EPIC® sənaye konnektorları tamamilə etibarlı bir əlaqə yaradır. EPIC sənaye konnektorları ölçü, nəzarət və drayverlər üçün sənaye maşınqayırması və müəssisə mühəndisliyi sahəsinin hər yerində rast gəlinir. EPIC korpusların, daxiletmənin və əlaqələrin elastik sistemidir:  hamısı son dərəcə möhkəm, tamamilə təhlükəsiz və asanlıqla yığılır.

Skintop® Kabel Rakorları

SKINTOP® kabel rakorları hər zaman etibarlı əlaqələrə zəmanət verir. Sadəcə kabeli keçirin və burun.  LAPP-ın SKINTOP  kabel rakorları qısa müddət ərzində etibarlı əlaqə təmin edir. Universal sistemlər sadədir, lakin effektivdir. Onlar kabeli sabitləyir və mərkəzləşdirir, hava keçirməz şəkildə bağlayır və optimal gərginliyin azalmasını təmin edir.

Silvyn® Qoruyucu Kabel Boru Sistemləri

Bir çox tətbiqetmələrdə kabellər əlavə olaraq mexaniki və kimyəvi təsirlərdən qorunmalıdır. Universal SILVYN qoruma və bələdçi sistem kabelləri toz, nəm, mexaniki, termal və kimyəvi təsirlərdən effektiv şəkildə qoruyur. Universal  SILVYN CHAIN enerji təchizatı zəncirləri dinamik tətbiqetmələrdə kabelləri qoruyur və istiqamətləndirir.

Fleximark® Kabel Nişanlama Məhsulları

Təknüvələr, kabellər və nəzarət kabinetləri üzərindəki etiketlərin uzun illər oxunaqlı qalması lazımdır. Bu inkişaf etmiş mürəkkəb sistemlər idarəetmə paneli daxilində aşkar müşahidə aparılmasının artıq bir xəyal olmadığının sübutudur. Ən sadə əl etiketləməsindən başlamış elektronik etiketləməyə qədər olan  FLEXIMARK seriyasının qalıcı olmasına təminat verilir.

Bizim təklif və həll metodlarımız haqqında daha çox bilmək istərdinizmi?
İstəyiniz uğurla qeydə alındı